Rusiyada ən gəlirli sahələr açıqlandı


Dünya 18 Okt 2018 20:08:00 255 0

Rusiyada ən gəlirli sahələr açıqlandı

Rusiyada ən gəlirli sahələr açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Rusiya Federasiyasında ən yüksək əməkhaqqı maliyyə sahəsində verilir. Maliyyəçilərin orta aylıq maaşı 87 991 rubl təşkil edir. Bu, ümum-Rusiya göstəricisini iki dəfə üstələyir. Belə ki, ölkədə orta aylıq əməkhaqqı 42 521 rubldur (ƏDV-siz).

İkinci yerdə faydalı qazıntılar (86 982 rubl), üçüncü sırada isə informasiya və rabitə sahəsi (70 839 rubl) gəlir.