Tramp Meksikanı sərhədi bağlayacağı ilə hədələdi


Dünya 18 Okt 2018 19:56:00 207 0

Tramp Meksikanı sərhədi bağlayacağı ilə hədələdi

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədi bağlayacağını bəyan edib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə amerikalı lider tvitter hesabında yazıb. Onun sözlərinə görə, əgər ştatlara Mərkəzi Amerikanın Qvatemala, Honduras, Salvador kimi ölkələrindən miqrant axını azalmasa, ABŞ cənub sərhədini bağlayacaq:

"Liderlər (həmin ölkələrin-red.) Meksikadan ABŞ-a nüfuz edən böyük insan, o cümlədən cinayətkar axınını dayandırmaq üçün demək olar ki, heç nə etmirlər. Mən bu təzyiqi dayandırmağı Meksikadan ən ciddi şəkildə xahiş edəcəm. Əgər onlar bunu edə bilməsələr, o zaman mən ABŞ Silahlı Qüvvələrinə müraciət etməli və cənub sərhədimizi bağlamalı olacam".