Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı


Digərləri 18 Okt 2018 19:59:06 250 0

Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.

Bakı. Samir Əli - Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb. Trend-in məlumatına görə, hadisə Xırdalan qəsəbəsində baş verib. Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu "Carlsberg-Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.