Sabirabadda su kanalından meyit tapıldı


Digərləri 18 Okt 2018 19:44:00 241 0

Sabirabadda su kanalından meyit tapıldı

Sabirabadda su kanalından meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Xəlfəli kəndində 1988-ci il təvəllüdlü Gülbalayev Natiq Mikayıl oğlunun meyitinin tapılaraq su kanalından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri N. Gülbalayevin meyitini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat başa çatıb.