Politoloq: “ABŞ Səudiyyə Ərəbistanı ilə anlaşmadan imtina edə bilməz”


Dünya 18 Okt 2018 19:32:00 281 0

Politoloq: “ABŞ Səudiyyə Ərəbistanı ilə anlaşmadan imtina edə bilməz”

"Camal Qaşıqçı məsələsi Səudiyyə Ərəbistanını çox pis vəziyyətdə qoyur".

Son.az bildirir ki, bunu Sputnik Azərbaycana Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü ehtimal edilən jurnalist Camal Qaşıqçı məsələsinə münasibət bildirərkən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Camal Qaşıqçı böyük ehtimalla öldürülüb: "Səudiyyə Ərəbistanı hələki bu məsələni izah edə bilmir. ABŞ da bu məsələyə həssas yanaşır. Ancaq bununla belə ABŞ Səudiyyə Ərəbistanı ilə imzaladığı 300 milyard dollarlıq hərbi anlaşmadan imtina edə bilməz. Bu hadisə Türkiyəni də pis vəziyyətə salır. İndi əsas addımı Səudiyyə Ərəbistanının kralı atmalıdır. Hadisənin beynəlxalq münasibətlər sisteminə çox pis təsiri oldu. Əgər jurnalistin ölümü iddiaları təsdiqini taparsa bu, Səudiyyə Ərəbistanına beynəlxalq əlaqələrdə problem yaradacaq".