Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı


Digərləri 18 Okt 2018 19:28:00 317 0

Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı

Bakının doqquz ərazisində hazırda sürüşmə riski var.

Son.az bildirir ki, bu barədə oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (AMEA) aparıcı elmi işçisi Starə TarixAzər deyib.

"Ölkə ərazisində yaz və payızda yağan yağışların çox olması səbəbi ilə sürüşmələr aktivləşir. Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolunda sürüşmə aktivdir və fəallaşma davam edir", - alim qeyd edib.