“Binanın altına girmişəm” Bu çoxmərtəbəlilərdə yaşayanlar


Digərləri 18 Okt 2018 19:04:00 269 0

“Binanın altına girmişəm”  Bu çoxmərtəbəlilərdə yaşayanlar

Söhbət çoxmənzilli binaların zirzəmilərindən gedir. Təbii ki, zirzəmi demək olarsa.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bəzi çoxmərtəbəli binaların zirzəmilərində antisanitar vəziyyət hökm sürür, üfunətli qoxu isə baş çatladır.

Bircə o qalır ki, sözügedən zirzəmilərdə qayıqla gəzəsən.

Sakinlər evlərində çatların əmələ gəldiyini deyirlər. Belə davam edərsə, binaların çökmə təhlükəsi var.

Sakin: "Düzdür, gəlib baxıblar, deyiblər qurunt sularıdır binanın altına yığılan. Ancaq bu qurunt suları deyil. Orada kanalizasiya sistemi pozulub və bu vəziyyət yaranıb".

Sakin: "Çuqun torbadır, patlayıb. Hamısı axır bura. Pəncərəni də aça bilmirik. Üfunət iyi evə gəlir. Qışda biz burda ağcaqanad dərmanı yandırırıq". 

Səməndər Maqsudov - Sakin: "Mən binanın altına girmişəm, bir dənə kubik qalıb. 2 kubikdən 40 santimetrlik divardı. Amma keçin baxın, görəcəksiz ki, orada bir dənə kubik var, onunda yarısı suyun təsirindən gedib".


Xəbərə aid fotolar