Cocuq Mərcanlıda özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb (FOTO)


Digərləri 18 Okt 2018 19:04:00 241 0

Cocuq Mərcanlıda özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb (FOTO)

Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə görüş keçirilib

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını yaratmış sakinlərlə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl S.Babayev və Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Sakinlərlə görüşdə S.Babayev vurğulayıb ki, müasir tariximizə qızıl hərflərlə yazılan 2016-cı ilin aprel döyüşləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Ordusunun daim güclənərək bu gün qüdrətli ordular sırasında olduğunu bir daha təsdiq etdi. Nazir diqqətə çatdırıb ki, Ulu öndərimizin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilən hərbi əməliyyat nəticəsində o zaman Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, eyni zamanda, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Ermənistanın işğalından azad edilmişdir. Aprel döyüşləri minlərlə hektar ərazinin, eyni zamanda, geniş ərazini nəzarətdə saxlamağa imkan verən “Lələ Təpə” yüksəkliyinin düşmən işğalından azad edilməsinə imkan verdi. Bu isə nəticədə Cocuq Mərcanlı kəndində təhlükəsiz həyatın bərpasına, kənd sakinlərinin öz yurdlarına qayıtmasına əlverişli şərait yaratdı. Dövlət başçımızın müvafiq Sərəncamları əsasında qısa müddətdə Cocuq Mərcanlı yeni tikilmiş 150 evdən ibarət, uşaq bağçası, məscidi, bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. olan müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Nazir bildirib ki, Cocuq Mərcanlıda yerli əhalinin məşğulluğunun təmin olunması işləri də aparılır. Sakinlərin bir çoxu burada yaradılan müəssisələrdə işlə təmin olunub. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışmaları, verilmiş pay torpaqlarında təsərrüfat işləri ilə məşğul olmaları üçün lazımi dəstək göstərilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının Cocuq Mərcanlı əhalisini də əhatə etməsi üçün müvafiq işlər aparılıb. Kənd sakinlərindən potensialları olan 25 nəfər seçilərək özünüməşğulluq proqramına cəlb olunub. Bir neçə gün bundan öncə proqram çərçivəsində onlara heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal-qara verilib.