“Məndən xəbərsiz kimsə kiməsə qadağa qoya bilməz”


Şou-biznes 18 Okt 2018 18:44:00 300 0

“Məndən xəbərsiz kimsə kiməsə qadağa qoya bilməz”

"Mahnının haqq sahibi hər zaman bəstəkardır. Məndən xəbərsiz kimsə kiməsə qadağa qoya bilməz. O nəğmə, həm Xəyyamın, həm də Röyanındır". 

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni-bəstəkar Murad Arif deyib. O, əməkdar artist Röya Ayxan və Xəyyam Nisanovun müəllifi olduğu "Sənə ehtiyacım var" mahnısına görə küsmə xəbərini təkzib edib. 

M. Arif bildirib ki, iki məşhurun münasibətlərinin bitmə səbəbi başqadır: "Arada küslük varsa da, mahnımla əlaqəsi yoxdur. Mənim üzərimdən, kimsə Murad Arif nəğməsiylə bağlı tələb irəli sürə bilməz. O nəğməni 2014-cü ildən etibarən həm Xəyyam, həm də Röya solo versiyada yazdırdı.