Qaradağda Dövlət Müstəqilliyi Günü qeyd edilib (FOTO)


Digərləri 18 Okt 2018 18:16:00 225 0

Qaradağda Dövlət Müstəqilliyi Günü qeyd edilib (FOTO)

Qaradağda “18 oktyabr - Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.

Bakı. Qaradağda “18 oktyabr - Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ilk öncə tədbir iştirakçıları ulu öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “18 oktyabr - Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək, 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirib. Natiq hər bir xalq üçün dövlət müstəqilliyi, müstəqil dövlətin olmasının ən önəmli məsələlərdən biri, müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından qat-qat çətin olduğunu vurğulayıb. O, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılmış müstəqilliyimizin bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndiyini qeyd edib. Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artım sürətinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatdığını bildirərək qeyd edib ki, müstəqilliyimizin bərpasından keçən 27 il ərzində Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.