Prokuror rəfiqəsini doğrayaraq zibil qutusuna atan qadına 18 il cəza istədi


Digərləri 18 Okt 2018 18:08:00 227 0

Prokuror rəfiqəsini doğrayaraq zibil qutusuna atan qadına 18 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı İ.Qorlovanın 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.

İttihama görə, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.