Bakıda sahibkarın 157 min manatını mənimsəyən satıcıya şərti cəza verildi


Digərləri 18 Okt 2018 17:00:00 194 0

Bakıda sahibkarın 157 min manatını mənimsəyən satıcıya şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Nəzakət Namazovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Nəzakət Namazovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Namazovaya şərti cəza verilib.