Azərbaycanda vəzifəli şəxs həbs edildi


Digərləri 18 Okt 2018 16:48:00 197 0

Azərbaycanda vəzifəli şəxs həbs edildi

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Yalama" Gömrük postunun böyük inspektoru Novruzov Mehman Yusif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Son.az oxu.az-a istinadən bildirir ki, o, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal etməkdə ittiham edilir. 

Belə ki, "Yalama" Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə "Samur" Gömrük postuna ezam olunub.

Burada o, 5 milyon 539 min manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.