Arvadını qətlə yetirən şəxsə 10 il 6 ay cəza verildi


Digərləri 18 Okt 2018 16:28:00 259 0

Arvadını qətlə yetirən şəxsə 10 il 6 ay cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Alıyev 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il Binəqədi rayonu ərazisində yaşayan M.Alıyev həyat yoldaşı Mehriban Alıyevanı qısqanclıq zəminində qətlə yetirib.