Azərbaycanda aqrar islahatların yeni mərhələsi burdan başlayır


Digərləri 18 Okt 2018 16:00:00 463 0

Azərbaycanda aqrar islahatların yeni mərhələsi burdan başlayır

Son.az xəbər verir ki, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. 

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə 68 növ xidmət göstərilir. Lənkəran DAİM-in əməkdaşlarının sayı 58 nəfərdir. Mərkəzin inzibati binasının 1464 kv.m sahəsi var, bundan başda 240 kv.m ərazidə yardımçı tikililər yerləşir. 3 mərtəbəli binada 39 otaq var.

A.Hüseynov qeyd edib ki, Lənkəran DAİM-də bir laboratoriya və mərkəz fəaliyyət göstərir. Lənkəran Regional Aqrokimya Laboratoriyası əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşmasını və kartoqramların hazırlanmasını həyata keçirir. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzində isə toxumluq əkinlərin aprobasiyasını təşkil edilir, toxumların keyfiyyət göstəricilərini müəyyənləşdirir və sertifikatlaşmanı həyata keçirilir.


Xəbərə aid fotolar