“Hesab.az-la LiderSən” proqramı çərçivəsində ADA Universitetində seminar keçirilib


Digərləri 18 Okt 2018 16:03:00 295 0

“Hesab.az-la LiderSən” proqramı çərçivəsində ADA Universitetində seminar keçirilib

İdarə heyətinin üzvü Tuğba Uçar ADA Universiteti tələbələri ilə stressin idarə olunması mövzusunda seminar keçirib.

Bakı. "Hesab.az-la LiderSən" proqramı çərçivəsində Hesab.az portalının Məhsulların inkişafı və Marketinq üzrə baş direktor, İdarə heyətinin üzvü Tuğba Uçar ADA Universiteti tələbələri ilə stressin idarə olunması mövzusunda seminar keçirib. Şirkətdən Trend-ə verilən məlumata görə, seminarda T.Uçar gənclərin təhsil həyatında, gələcək karyeralarında qarşılaşacaqları çətinliklər və stress zamanı necə davranmalı olduqları haqqında danışıb. Öz təcrübələrini seminar iştirakçıları ilə bölüşərkən onlara yaşadığı stress və gərginlik zamanı nə etdiyini, hansı üsulla bütün bunlardan azad olduğunu izah edib. Gənclərin suallarını cavablandıran T.Uçar onlara dəyərli məsləhətlər verib. Seminara olduqca böyük maraq olub və iştirakçılar yüksək əhval ruhiyyə ilə ayrılıblar. Seminarın məqsədi gənclərlə "Goldenpay" şirkətinin illərlə əldə etdiyi təcrübələri bölüşmək, onlara real iş həyatında qarşılaşacaqları problemlərə qarşı necə davranmalı, hansı üsullarla stressdən daha rahat azad olmaları yollarını öyrətməkdir. Azərbaycanın ən böyük "online" ödəmə portalı olan Hesab.az bazarda həmişəki kimi liderliyini qoruyub saxladığına görə gənclərə lider ola bilmək üçün nələr gərəklidir və hansı xüsusiyyətlərə sahib olmaq lazımdır deyə təqdirəlayiq "Hesab.az-la LiderSən" proqramını təşkil etdi.