Arvadını qətlə yetirən şəxsə 10 il 6 ay cəza verildi


Digərləri 18 Okt 2018 15:45:00 232 0

Arvadını qətlə yetirən şəxsə 10 il 6 ay cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Alıyev 10 il 6 ay azadlıqdan məhrum edilib.