Çin süni Ay hazırlayacaq


Digərləri 18 Okt 2018 15:32:00 247 0

Çin süni Ay hazırlayacaq

Çin kosmosa süni peyk buraxaraq ondan Ayı əvəzləmək və süni Ay qismində ölkənin cənub-qərbindəki Çendu şəhərinin küçələrini gecələr işıqlandırmaq niyyətindədir.

Son.az The Guardian-a istinadən bildirir ki, süni Ay 2020-ci ildə kosmosa çıxarılacaq. Onun işıqsalma gücü Ayla müqayisədə 8 dəfə artıq olacaq. Süni ay 80 km diametrdəki ərazini gecələr işıqlandıracaq.

Çinin Elmi-Texniki Aerokosmik Korporasiyasının (SASC) nəzdindəki Çendu Aerokosmik Elmi Araşdırmalar, Texnologiyalar və Mikroelektron Sistem Tədqiqatları İnstitunun (Chengdu Aerospace Science and Technology Microelectronics System Research Institute Co.) rəhbəri Vun Çunfenin dediyinə görə, süni Ayın sınaqları illər əvvəl başlanıb.


Xəbərə aid fotolar