Badamdardakı sürüşmə ərazisində yeni çatlar əmələ gəlib


Digərləri 18 Okt 2018 15:40:00 260 0

Badamdardakı sürüşmə ərazisində yeni çatlar əmələ gəlib

Bakının Səbail rayonunda Badamdar sürüşmə ərazisinin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir.

Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.