Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb (FOTO)


Digərləri 18 Okt 2018 15:34:00 198 0

Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb (FOTO)

Azərbaycan Çində keçirilən “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda təmsil olunub.

Bakı. Azərbaycan Çində keçirilən “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda təmsil olunub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, naziri Pərviz Şahbazov çıxışında Çin və Azərbaycanın tarixi İpək Yolunun bərpası ilə qitələr və sivilizasiyalar arasında birləşdirici missiya yerinə yetirdiyini, Cənubi-Şərqi Asiya, Afrika və Şərqi Avropanı əhatə edən böyük bir coğrafiyada “Kəmər və Yol” təşəbbüsünün yeni əməkdaşlıq modeli formalaşdırdığını bildirib. Azərbaycanın Bakı-Tbilisi-Qars, Şimal-Cənub kimi böyük nəqliyyat layihələri, eləcə də Ələt Beynəlxalq Dəniz Limanı ilə “Kəmər və Yol” təşəbbüsünə töhfələr verdiyini vurğulayan energetika naziri bu layihələrin reallaşmasına məhz ölkənin enerji siyasətinin dəstək verdiyini qeyd edib. Ölkənin enerji potensialı və reallaşdırılan layihələrdən, eləcə də Xəzərlə yanaşı Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara ixracına imkan yaradan neft-qaz infrastrukturlarının yaradılmasından bəhs edilib. Energetika naziri P.Şahbazov deyib: “Çinlə bərabər “Kəmər və Yol” layihəsinin digər əksər üzvləri ilə enerji sahəsində bir çox istiqamətlər üzrə mövcud əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik. Çünki Azərbaycanın enerji layihələri ilə yeni bazarlara çıxış və yeni ixrac marşrutları qazanmaq olar. Azərbaycan əməkdaşlıq vasitələri kimi enerji resurslarını, bərpa olunan enerji potensialını, tranzit imkanlarını, neft-qaz emalı, neft-kimya sektorunda birgə layihələr təklifini təqdim edə bilər.”