Bakıda 12 qadının çantasından oğurluq edən keçmiş məhkum saxlanıldı


Digərləri 18 Okt 2018 15:24:00 197 0

Bakıda 12 qadının çantasından oğurluq edən keçmiş məhkum saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə qadınların çantalarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 12 qadının çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Hüseynov saxlanılıb.