Antonio Konte Real-a keçir?


İdman 18 Okt 2018 15:19:00 263 0

Antonio Konte Real-a keçir?

İtaliyalı mütəxəssis Antonio  Konte  Real  Madrid-ə keçə bilər.

Goal.az "Sport İtalia"ya istinadən xəbər verir ki, Real Madrid Chelsea-nin keçmiş baş məşqçisi Antonio Konteni öz sükanı arxasına gətirmək istəyir. "Kral klubu"nun rəhbərliyi artıq Konte ilə bu həftə ilkin danışıqlar aparıb. Real Madrid-in hazırki baş məşqçisi Yulen Lopeteqi mövsümə uğursuz start verdiyindən istefaya göndəriləcəyi deyilir. 

Xatırladaq ki, Real Madrid İspaniya La Liqasında keçirtdiyi 8 oyundan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.