Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına etiraz müraciəti göndərib


Digərləri 18 Okt 2018 15:08:00 210 0

Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına etiraz müraciəti göndərib

Milli Məclis deputatları oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı Rusiya Dövlət Dumasının sədri və digər komitələrə etiraz müraciəti göndərib.

Bakı. Elçin Mehdiyev - Milli Məclis deputatları oktyabrın 7-də bir qrup rusiyalı qadının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Rusiya Dövlət Dumasının sədri və digər komitələrə etiraz müraciəti göndərib. Trend-in məlumatına görə, etiraz müraciəti Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan-Rus icmasının sədri Mixail Zabelin imzalayıb. Qeyd edək ki, oktyabrın 7-də Ermənistanın keçmiş baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın irəli sürdüyü "Qadınlar Sülh naminə" təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesser də olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin