Azərbaycanda insan oğruları, uşaq qatilləri, dilənçi "çetesi"


Digərləri 18 Okt 2018 14:13:00 279 0

Azərbaycanda insan oğruları, uşaq qatilləri, dilənçi "çetesi"

Bakıda gecə saatlarında itlərin parçalamaq istədiyi 2 yaşlı Lalənin qohumlarının tapılması ilə dəhşətli faktlar da üzə çıxmaqda davam edir.

Bakı küçələrində dilənən bu qadını tanıdınız? - Verilişə çıxıb ... - FOTOFAKT

Son.az xəbər verir ki, özünü azyaşlının bibisi kimi təqdim edən Rəna adlı gənc qadın dilənçilik etdiyini etiraf edib.

Təəccübləndirən detallar bununla bitməyib...

"Səni axtarıram"da məlum olub ki, Lalənin anası baldızı və qayınanasının efirdə dediyi kimi "dəli", əqli qüsurlu deyil. Hələ 2009-cu ildə qaraçılar tərəfindən qaçırılan Nailə (2 yaşlı Lalənin anası), təhdid, zülm, işgəncə ilə Asif adlı şəxsin ikinci həyat yoldaşı edilib. Cütlüyün dünyaya gələn iki övladı bibisi və nənəsi tərəfindən yastıqla boğularaq öldürülüb. Bütün bunları canlı yayıma zəng edən Nailə bildirib.

Studiaya gələrək özünü Nailənin qonşusu kimi təqdim edən qadın da onun sözlərini təsdiq edib. Qonşu Nailənin qaçırıldığı barədə vaxtı ilə anasının hətta keçmiş ANS telekanalına da qızının tapılmasına kömək üçün müraciət etdiyini deyib.


Xəbərə aid fotolar