“Heç bir ətin satışı qadağan deyil”


Digərləri 18 Okt 2018 13:59:00 239 0

“Heç bir ətin satışı qadağan deyil”

Qarmaqlarda mal və qoyun ətlərini görməyə öyrəşmişik. Burada at və eşşək əti görmək isə kimsəyə xoş gəlməz. Halbuki, dünyanın bir çox ölkələrində at və eşşək əti yemək normal hesab edilir. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Azad İstehlakçılar Birliyinin sədri - Eyyub Hüseynov: "Ölkəmizdə heç bir ətin satışı qadağan deyil. 63-cü illərdə bir sənəd qəbul olunub. O sənəd məndədir. 15 respublika arasında bir Azərbaycanda eşşək əti yeməli ət kimi, növləri, qiymətləri yazılıb". Yəni məsələ qəssabların eşşək ətini sata bilməməsində deyil. Eşşəyin mal yerinə qoyulmasındadır. O qədər at və uzunqulaq ətinin mal əti adı altında sırınmasını eşitmişik ki, bu da insanlarda inamsızlıq yaradır.  Sakin: "Mal ətinin özünün neçə cür rəngi olur. At əti tünd olur. Gündə ətdən istfadə edən adam onu o dəqiqə bilməlidir". Bilərək, istəyərək dadmaq istəyən çətin tapılsın. Amma yazıq adam hardan bilsin ki, üstünə böyük həriflərlə mal, qoyun hətta quzu əti yazılan bu cəmdəklər, əslində, hansı heyvana mənsubdur? Əti-ətdən fərqləndirmək üçün də gərək işin ustası olasan. Qəssablar bunu daha yaxşı bilir. Qəssab: "Sümüyü və üstündə saxladığı dərisi ilə seçmək çox asandır. Evinə ət alıb aparıb qazana tökəndə ondan üfunət iyi gəlir. Həmin adam hiss etmir ki, bu ət iyi deyil?!" Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri - Ziyəddin Kazımov: "At ətindən respublikada istifadə olunması məqsədəuyğun deyil".

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar