100 yaşlı nənənin toyu oldu VİDEO FOTO


Digərləri 18 Okt 2018 13:41:00 278 0

100 yaşlı nənənin toyu oldu  VİDEO  FOTO

Britaniya sakini, 100 yaşlı Nora Uitkiss özündən 26 yaş kiçik sevgilisinə ərə gedib.

Son.az The Mirror-a istinadən bildirir ki, uzun müddət məktəb yeməkxanasında aşpaz işləmiş Nora nənə ilə 74 yaşlı Malkolm Yetsin toyu Uelsin şimalındakı Denbişir qraflığında, Prestayn şəhərindəki "The Beach Hotel"də olub.

Nora Uitkissin dediyinə görə, Malkolm Yetslə 38 il əvvəl, müasir bal rəqsləri dərsində tanış olub. Onlar görüşməyə başlayıblar və o vaxtdan bəri ayrılmayıblar.

Əvvəllər avtobus sürücüsü işləmiş Yets deyib: "Dərslərə qatılanda rəqs edə bilmirdim. Nora mənə yardım etdi. Sonra birlikdə səyahətlərə, gəzintilərə çıxdıq. Sevimli rəqsimiz ça-ça-ça idi".

Yarım saat davam edən nikah mərasimində 30 qonaq vardı. 74 yaşlı Yets 100 yaşlı Uitkissi nikah zamanı ABB-a qrupunun "Dancing Queen" mahnısının sədaları altında keşişin yanına aparıb.


Xəbərə aid fotolar