Cəmi 12 il sonra "su məhşəri" başlana bilər
Dünya 18 Okt 2018 13:42:00 335 0
Nil, Qanq, Brahmaputra, Hind, Dəclə, Fərat və Kolorado çayları... Bu çayların sahilləri müəyyən müddətdən sonra içməli su uğrunda çox kəskin, amansız qarşıdurma bölgələrinə çevrilə bilər.
Son.az Daily Mail-ə istinadən bildirir ki, Avropa İttifaqının Birigə Tədqiqat Mərkəzinin (European Commission's Joint Research Center) alimlərinin hazırladıqları hesabata belə deyilir.
Hesabata görə, transsərhəd su mənbələri uğrunda qarşıdurmalar artıq yüksək səviyyədədir və bu bölgələr "stress məkanları" sayılırlar.
Qlobal iqlim dəyişiklikləri nəticəsində planetdə orta statistik temperaturun artması quraqlıq, buzlaqların əriməsi və nəticədə içməli su ehtiyatlarının azalması ilə müşayiət olunur.
Mənbə: milli.az