Juventus-u London klubuna dəyişə bilər


İdman 18 Okt 2018 13:20:00 254 0

Juventus-u London klubuna dəyişə bilər

Juventus-un müdafiəçisi Daniel Ruqani Chelsea-nın diqqət mərkəzinə düşüb.

Goal.az xəbər verir ki, futbolçunun agenti xəbəri təsdiqləyib:

“Chelsea ciddi təkliflə çıxış edir. Transfer üçün Juventus-la danışıqlar yaxın günlərdə başlayacaq. Ruqani İtaliya klubundan getmək istədiyini deməyib. Əsas heyətdə yer almaq niyyətindədir. Juventus müqavilənin müddətini artıra bilər. Bunu müzakirə edəcəyik. İndiki müqavilənin müddəti 2021-ci ildə başa çatır. Tələsmirik. Eyni zamanda, oturub gözləməyi düşünmürük. London klubunun təklifini nəzərə alacağıq”.

24 yaşlı müdafiəçi bu mövsüm İtaliya çempionatında 1 oyunda meydana çıxıb.