Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək


Digərləri 18 Okt 2018 13:08:21 222 0

Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək

Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Jenq Bakıda AİB-lə Azərbaycan arasında beşillik strateji tərəfdaşlığı müzakirə etməyi planlaşdırır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bankdakı mənbə məlumat verib.

Məlumata görə, oktyabrın 22-dən 24-dək baş tutacaq səfər çərçivəsində hökumət nümayəndələri ilə görüşlər planlaşdırılır.