Tehranda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır,


Dünya 18 Okt 2018 12:46:00 242 0

Tehranda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır,

Tehranda zəlzələ baş verdiyi halda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır. Tehranda zəlzələyə, sadəcə, 20% hazırlıq var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Böhranın İdarə Olunması Təşkilatının sədri İsmayıl Nəccar deyib.

Onun sözlərinə görə, 10 milyon əhalisi olan Tehranın 8 milyon nəfəri zəlzələ baş verdiyi zaman dolayısı ilə təsir altına düşəcək. Bu qədər əhalini müvəqqəti yerləşdirmək üçün Tehran qədər ərazisi olan 3-4 yerə ehtiyac var. Çünki hazırkı vəziyyətdə Tehranın, sadəcə, 1-3 milyon sakinini müvəqqəti şəkildə yerləşdirmək mümkündür.