"Müəllimlər yeniliklərin əleyhinə deyillər"


Digərləri 18 Okt 2018 12:28:00 225 0

"Müəllimlər yeniliklərin əleyhinə deyillər"

Dərs dinləmələri zamanı müəyyən olunub ki, müəllimlər yeniliklərin əleyhinə deyillər. Sadəcə, müəllimlər yeniliklərin tətbiqi yollarını səmərəli bilmədikləri üçün onu müvafiq şəkildə həyata keçirmirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

O bildirib ki, belə olan halda müəllimlərin ixtisasartırmasına ehtiyac yaranır: "Dövlət hesabına 2015-2018-ci illərdə ixtisasartırma təlimləri aparılır".