Jurnalist konsulluqda diridiri şaqqalanıb


Siyasət 18 Okt 2018 12:18:51 211 0

Jurnalist konsulluqda diridiri şaqqalanıb

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda rəsmi Ər-Riyada kəskin müxalif mövqeyi ilə seçilən jurnalist Camal Haşoqqini vəhişəsinə qətlə yetirilən 15 nəfərlik xüsusi dəstədə Meşal Səad əl Bostani də yer alırdı. Səudiyyə Ərəbistanının Kral Hərbi-Hava Qüvvələrinin pilotu, mayor əl Bostani dünən Ər-Riyadda çox müəmmalı avtomobil qəzasında həlak olub.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, Əl Bostani oktyabrın 2-də, Camal Haşoqqi konsulluq binasına daxil olan gün xüsusi təyyarə ilə Ər-Riyaddan İstanbula yollanmış "qətl dəstəsi"nin tərkibində idi.

Dəstə üzvləri İstanbulda "Wyndham Grand Hotel"də qalmışdılar. Onlar oktyabrın 2-də İstanbulu tərk edərək Ər-Riyada qayıdıblar.

Yeni Şafak qəzeti isə məlumat verib ki, 59 yaşlı Camal Haşoqqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilməsinə dəlalət edən audioyazılar Türkiyənin hüquq-mühafizə orqanlarındadır.

Diri-diri şaqqalayıblar

Türkiyə polisi və terrorla mübarizə üzrə mütəxəssislər konsulluq binasında 9 saat davam edən axtarışlar aparıblar. Axtarışlar əsnasında Haşoqqinin qətlə yetirildiyini sübut edən dəlillər tapılıb.

Haşoqqinin qətlə yetirilməsinndə şübhəli bilinin 15 nəfərin 7-si Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, ölkəni faktiki olaraq idarə edən şahzadə Məhəmməd bin Salmanla birabaşa əlaqəlidir. Həmin adamlar arasında 2007-ci ildən bəri Səudiyyə Ərəbistanının Londondakı səfirliyində işləyən Mahir Əbdüləziz Mütrəb də vardı.

Digər üç nəfər şahzadə Məhəmməd bin Salmanın mühafizəsində çalışırlar.

Daha bir nəfər isə Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin məhkəmə-tibbi ekspertizasının rəhbəri Salah Məhəmməd əl Tubeyqidir.

Məhz Tubeyqi jurnalisti mişarla şaqqalayaraq parçalara bölüb. İstintaqdakı mənbələrin verdikləri məlumata görə, Camal Haşoqqini diri-diri şaqqalayıblar.

Əl Tubeyqibu vəhşi proses zamanı şaqqalanan Haşoqqinin qışqırtılarını eşitməmək üçün qulaqcıqlarda musiqiyə asıb, otaqdar olanlara da belə məsləhət edir.

Şaqqalanma prosesi 7 dəqiqə çəkib.

Jurnalstin əvvəlcə barmaqları kəsilərək qoparılıb, sonra onun başını kəsiblər.

Konsul hər şeyi bilirdi

Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulu Məhəmməd İbrahiməl Uteybi jurnalistin qətlə yetiriləcəyini əvvəlcədən bilib. O, Ər-Riyaddan gəlmiş 15 nəfərlik "qətl qrupu"na "Onu konsulluq ərazisində edam etməyin, burada öldürməyin" deyib.

Türkiyə polisinin əlinə keçmiş səs yazılarından birində konsul işgəncələrə məruz qalan Haşoqqiyə qışqırıb: "Sağ qalmaq istəyirsənsə, səsini kəs, qışqırma!"

Oktyabrın 16-da baş konsul təcili olaraq İstanbulu tərk edərək Ər-Riyada yollanıb. Daha doğrusu, qaçıb. O, artıq işdən qovulub və Ər-Riyadda həbs olunub.

Səudiyyə nə edəcək?

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısıdır və hər gün dünya boyu 7 milyon bareldən çox neft satır. Əgər onlar neftin satışını dayandırsa, neftin qiyməti hər barelə 80 dollardan 400 dollaradək arta bilər.

Bu isə təkcə dünya boyu benzinin deyil, quru ilə nəql olunan malların da qiymətini artıracaq.

ABŞ silahlarının əsas idxalçısı olduğu üçün Səudiyyə Ərəbistanı Amerika şirkətlərinə xeyir verir. Lakin ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin dayandırılması bu vəziyyətə mənfi təsir göstərə və səudiyyəlilər Rusiya və Çin kimi başqa silah ixracatçılarına üz tuta bilər.

Son.az "Voice of America"ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondunun da ABŞ infrastrukturuna 20 milyard dollardan çox sərmayə qoyacağı gözlənilir. Amma diplomatik qarşıdurma yaransa, bu razılıq da həyata keçməyə bilər.

ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı liderlərinin jurnalist Camal Haşoqqinin yoxa çıxması ilə bağlı hər hansı əlaqələri olduğunu inkar etdiklərini bildirib. ABŞ-da yaşayan səudiyyəli jurnalist Camala Haşoqqini sonuncu dəfə oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduğu zaman görüblər. Pompeo Ər-Riyad və Ankarada danışıqlar keçirərkən tam təhqiqat aparılmasına çağırıb. Beynəlxalq insan hüquqları müdafiəçiləri və ABŞ qanunvericiləri isə bunun Səudiyyə Ərəbistanı üçün nəticələrinin olmalı olduğunu bildirir.

Prezident Donald Tramp Camal Haşoqqinin başına nə gəldiyini müəyyən etmək məqsədilə bu həftə dövlət katibi Mayk Pompeonu Səudiyyə Ərəbistanı və Türkiyəyə yollayıb.

Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens səudiyyəli jurnalistin yoxa çıxması ilə bağlı suallara cavab verilməsinə çağıraraq, qeyd edib ki, əgər Haşoqqi öldürülübsə, dünya bunu kimin sifariş etdiyini bilməlidir.

Amerikalı siyasətçilər Səudiyyənin cəzalanmasını istəyirlər

ABŞ-ın vitse-prezidenti Mayk Pens: "Hər hansı həyat itkisi ağırdır, hər hansı zorakılıq aktı və həyata qəsd qınanmalıdır. Amma bu, həm də azad və müstəqil mətbuata hücumdur. Biz cavabların verilməsini tələb edirik."

Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və oradan çıxmayıb. Jurnalistin anlaşılmayan bir şəkildə yoxa çıxması, onun qətlə yetirilib, hissələrə parçalanması haqda xəbərlər ABŞ qanunvericiləri tərəfindən hiddətlə qarşılanıb.

Senator Kris Mörfi: "Əgər Səudiyyə Ərəbistanı ABŞ sakininin həyatına qəsd edib, onu konsulluqda tələyə salıb öldürübsə, Birləşmiş Ştatların bizim Səudiyyə Ərəbistanı ilə hərbi, siyasi və iqtisadi əlaqələrimizi yenidən nəzərdən keçirməsinin vaxtıdır".

Hər iki partiyadan 22 senatorun Ağ Evə göndərdiyi məktubda Qlobal Maqnitski Aktı çərçivəsində təhqiqatın aparılmasına çağırılır.

Maqnitski Aktı Rusiya hökumət rəsmilərinin vergi fırıldaqları barədə məlumat verdikdən sonra Moskva həbsxanasında ölmuş rusiyalı vəkli və mühasib Sergey Maqnitskinin adını daşıyır.

Korrupsiyaya dair təhqiqatın aparılması üçün Maqnitski ilə işləmiş Bill Brouder 2012-ci ildə qanun layihəsinin qəbul edilməsində mühüm rol oynayıb. O, Amerikanın Səsinə deyib ki, Qlobal Maqnitski Aktı məhz belə dəhşətli cinayətlərlə əlaqədar olaraq qəbul edilib.

Maqnitski Ədalət kampaniyasının rəhbəri Bill Brauder: "Maqnitski Aktına əsasən, işgəncə, məhkəməsiz qətllər və digər insan hüquqları pozuntularına cəlb olunmuş insanlara qarşı sanksiyalar tətbiq edilir. Xüsusilə də rejimlərin tənqidçiləri, jurnalistlər və məlumat ötürən şəxslərə qarşı cinayətlər daxildir. Və burada məhz belə bir vəziyyətdir".

Brauder ABŞ qanunvericilərinin qəti mövqeyini alqışlayıb və Tramp administrasiyasından da eyni cavab olacağına ümid bəslədiyini deyib.

İnsan haqları fəalları da məsələ ilə bağlı hesabat verilməsinə çağırır. Human Rights First təşkilatının rəhbəri Rob Berşinski deyir ki, vəliəhd Məhəmməd bin Salman son aylar bir sıra görünməmiş hərəkətlərə yol verib.

Human Rights First təşkilatının rəhbəri Rob Berşinski: "Buraya Livanın baş nazirinin saxlanmasından tutmuş qadın hüquq müdafiəçilərinin həbsi və Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərinin həbsləri daxildir."

Berşinski deyb ki, dünya ölkələrinin dövlət başçılarının nəzərləri xüsusilə də HaşoqqiABŞ-ın Virciniya ştatının sakini olduğuna görə hazırda Birləşmiş Ştatların üzərindədir.

Orxan Hun Son.az