BANMın rektoru və tələbələri təltif olundular FOTO


Digərləri 18 Okt 2018 12:19:00 290 0

BANMın rektoru və tələbələri təltif olundular  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Ali Məktəbin tələbələri "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində iştirak ediblər.

Son.az xəbər verir ki, mərasimdə təhsil naziri Ceyhun Bayramov tərəfindən Bakı Ali Neft Məktəbinə "İnterstellar" komandasının "Cansat Azərbaycan 2018" tələbə model peyk müsabiqəsində verdiyi dəstəyə görə xüsusi "Təşəkkürnamə" rektor Elmar Qasımova təqdim edilib.

Müsabiqədə ikinci yerə layiq görülmüş BANM-ın 6 nəfər tələbədən ibarət "İnterstellar" komandası isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə tərəfindən rəmzi plaket və sertifikatlarla təltif edilib.


Xəbərə aid fotolar