"Röyanı çox qınamışam, tez böyüdü"


Şou-biznes 18 Okt 2018 12:05:00 260 0

"Röyanı çox qınamışam, tez böyüdü"

6 ildir heç bir sənət dostuma, insanlara inanmıram. Belə bir yol seçdim ki, ancaq özümə inanacam. Hətta övladlarımla sirr bölüşmürəm ki, sonra onlardan şübhələnməyim.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Hər şey daxil" verilişində deyib. İfaçı əməkdar artist Röya Ayxanla bir vaxtlar dost olduğunu söyləyib: "Ötən ilə qədər Röyanı çox qınamışam. Onunla yaxın rəfiqə olmuşuq, bir tikə çörəyi də bölmüşük. Bunu heç kim bilmir. Qınayırdım ki, tez böyüdü. 6 aydır ona deyirəm ki, elə düz edirmiş. Biz qalxdıqca, yaxşı olduqca, ən yaxın dostlarımız düşmən olur. Soyuq münasibətə görə sənət dostlarımı qınamıram".

Son.az