Turizm Agentliyi: Qoruqlar dövlət büdcəsindən asılılığı azaltmalıdırlar


Digərləri 18 Okt 2018 11:44:00 267 0

Turizm Agentliyi: Qoruqlar dövlət büdcəsindən asılılığı azaltmalıdırlar

Dövlət Turizm Agentliyinin əsas fikri qoruqlar üçün yeni idarəetmə modeli tətbiq etməkdir.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyinin əsas fikri qoruqlar üçün yeni idarəetmə modeli tətbiq etməkdir. Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib. DTA-nın tabeliyində 7 qoruğun olduğunu xatırladan M.Muradov əlavə edib ki, qoruqlar mütləq özünü maliyyələşdirməli, dövlət büdcəsindən asılılığı azaltmalıdırlar: "Qoruqlar eyni zamanda, turizm xidmətləri təşkil etməlidirlər. Bundan başqa, qoruqlar öz ərazisi çərçivəsində sosial məsələlərə həssas olmalıdırlar. Təbii ki, biz bu işləri tək görməyəcəyik. Mərkəzi icra hakimiyyəti orqanlarından tutmuş yerli icra hakimiyyəti, turizm sənayesinin nümayəndələri ilə birlikdə görəcəyik".