Azərbaycanın yeni milli turizm brendi təqdim olunub FOTO


Digərləri 18 Okt 2018 11:32:22 305 0

Azərbaycanın yeni milli turizm brendi təqdim olunub  FOTO

Bu gün Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən ilk Milli Turizm Sammitində Azərbaycanın yeni milli turizm brendi təqdim olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Turizm Bürosunun Brend və marketinq üzrə direktoru Fidan Əliyeva bildirib ki, yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüardır.

Azərbaycanın yeni turizm loqosu olan "A" hərfi "Azərbaycan" sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək.

Azərbaycanın yeni turizm brendinin "Yenidən fərqli baxışla bax" ("Take another look" - ing.) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.


Xəbərə aid fotolar