Mehriban Xanlarovadan tənqidçilərinə sərt cavab: "Evindəkilərdən xəbəri yoxdur..."


Şou-biznes 18 Okt 2018 11:34:00 233 0

Mehriban Xanlarovadan tənqidçilərinə sərt cavab: "Evindəkilərdən xəbəri yoxdur..."

Son günlər sosial şəbəkələrin müzakirə mövzusuna çevrilmiş "Azərbaycanlı Vandam" kimi məşhurlaşan Ruslan İsmayılovun əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu verilişdə rəqs etməsi tənqidlərə səbəb olub.

Son.az xəbər verir ki, ölkə.az səsləndirilən fikirlərlə bağlı tanınmış aktrisanın da mövqeyini öyrənib. Xanlarova bildirib ki, onu sosial şəbəkədə təhqir edənlər cəsarətsiz insanlardır:

"O adamı niyə təhqir edirlər, niyə ona düşük deyirlər? O da Azərbaycan oğludur, efirə dəvət etmişəm. Deyirlər ki, guya xəstədir. Halbuki ağlı, şüuru yerində, ibadət edən insandır. Hətta verilişdən tez icazə alıb dedi ki, Mehriban xanım, məscidə namaz qılmağa getməliyəm. Niyə bu düşük insanlar hamını özləri kimi hesab edirlər. Kim sənə ixtiyar verib ki, camaatı təhqir edəsən? Monitor arxasında kişilənən, mənəm-mənəm deyən hər kəsə deyirəm ki, belə cəsarətlisənsə, sözünü mənim üzümə de. Yaxud get həmin oğlanı tut, ona de. Monitor arxasında kimisə təhqir etmək lazım deyil. Deməli, xoşuna gəlib ki, verilişə baxmısan da. Soğan yeməmisənsə için niyə göynəyir. Özünü tanıyan kişi heç vaxt elə ifadələr işlətməz. Həmin "monitor şirlərinin" bəzilərinin heç öz evindəkilərdən xəbəri yoxdur". 

M.Xanlarova onu tənqid edən şəxslərə müraciət edib: