Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu: Müəllimlər yeniliklərin əleyhinə deyillər


Digərləri 18 Okt 2018 11:34:00 501 0

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu: Müəllimlər yeniliklərin əleyhinə deyillər

Dərs dinləmələri zamanı müəyyən olunub ki, müəllimlər yeniliklərin əleyhinə deyillər.

Bakı. Elçin Mehdiyev - Dərs dinləmələri zamanı müəyyən olunub ki, müəllimlər yeniliklərin əleyhinə deyillər. Sadəcə müəllimlər yeniliklərin tətbiqi yollarını səmərəli bilmədikləri üçün onu müvafiq şəkildə həyata keçirmirlər. Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.