Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanıldı


Digərləri 18 Okt 2018 11:25:00 225 0

Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanıldı

Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib.