Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb


Digərləri 18 Okt 2018 11:24:00 224 0

Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb

Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb.

Bakı. Elçin Mehdiyev – Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib. O qeyd edib ki, bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır. V.Yaqublu bildirib ki, strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi rol oynayır: