Kanadada yeni era:


Digərləri 18 Okt 2018 11:15:00 255 0

Kanadada yeni era:

Kanada Uruqvaydan sonra marixuananın istifadəsi və satışını qanuniləşdirən ikinci və ən böyük dövlət oldu.

Son.az "Voice of America"ya istinadən bildirir ki, dünəndən etibarən Kanadanın 13 əyalətinin qanunlarına uyğun olaraq yaş həddi 18 və ya 19 olan hər kəs istər dövlət, istərsə də fərdi şəxslərə məxsus mağazalardan marixuana əldə edə biləcək.

Marixuananın tibbi məqsəqlə istifadəsi Kanadada 2001-ci ildən bəri qanunidir.

Çərşənbə günü Kanadanın bir neçə bölgəsində marixuanın satışını həyata keçirən mağazalar fəaliyyətə başlayıb. Yerli vaxtla saat 12-ni keçdikdən sonra yüzlərlə insan Seint Cons şəhərindəki satış məntəqələrinə axın edib.

95 illik qadağanı qaldırmaq hazırkı baş nazir Castin Trudonun seçki kampaniyasının əsas vədlərindən biri idi.