Ramin Musayev: "Futboldan yorulmuşam"


İdman 18 Okt 2018 11:13:00 95 0

Ramin Musayev: "Futboldan yorulmuşam"

Peşəkar Futbol Liqası (PFL) nə vaxt dağılacaq? Ümumiyyətlə, niyə belə bir fikir formalaşıb? Bu və başqa suallarla bağlı qurumun prezidenti Ramin Musayev "FutbolPress"ə danışıb.

Goal.az sizi həmin müsahibə ilə tanış edir:

- PFL-in dağılacağı haqda söz-söhbətlər səngimir. Sizcə, hardan qaynaqlanır bu məsələlər?

- Hardan qaynaqlanır? Gəl, bunu açıq deməyək, mənası yoxdur. Mən gördüyüm odur ki, obyektiv adamlar PFL-in dəyərini düzgün verir.

- Bəs bu qurumun  ləğvi niyə bu qədər müzakirə olunmalıdır, nə ehtiyac var buna?

- PFL tarix yazıb, bu qurumu heç kəs ləğv edə bilməz.

- Tarix yazan qurumu tarixdən silə bilməzlər - iddianız budur?

- Bəli. PFL 2008-ci ildə AFFA prezidenti Rövnəq Abdullayevin tövsiyəsi ilə yaradılıb. Yarandığı vaxtdan Azərbaycan futbolunda pozuntulara, əyər-əskik işlərə qarşı çıxıb. Məhz PFL-in doğru, məqsədyönlü fəaliyyəti nəticəsində hakimliyimiz Avropada uğur qazandı və hazırda Əliyar Ağayev I kateqoriyadadır. PFL-in sayəsində Azərbaycan çempionatında hakim narazılıqlarına qarşı sərt qərarlar verildi. Şikayətə səbəb olan bütün hakimlərin işini öz təcrübəmizə əsasən araşdırdıq, səhv aşkarlanan kimi sərt cəzalandırdıq. Məhz bunlardan sonra hakimlik lağlağı, sərt müzakirələrdən azad oldu. Son 2-3 ildə Azərbaycan hakimliyinin səhvlərindən minimum, uğurlarından isə maksimum yazılır. Bundan başqa, PFL-in sistemli işi nəticəsində Azərbaycan UEFA klub reytinqində ən yüksək yerlərə qalxdı, MDB ölkələri arasında ilk 4-lüyə düşdü. Bizim fəaliyyətimiz dağıtmaq yox, yaratmaq olub. Mən çox şadam ki, PFL-in işini Rövnəq Abdullayev bəyənir. Son açıqlamalarında da bunu vurğulayıb.

- Bu söhbətlər ən çox komitələrin birləşdirilməsi və əcnəbinin sədr təyin edilməsindən sonra sürətləndi. Ümumiyyətlə, bunlara ehtiyac var idimi?

- Azərbaycanın zəngin hakimlik ənənəsi olub. Futbolumuzdan da çox hakimlərimiz uğur qazanıb, tarixdə var bunlar. Bizim tutduğumuz yol göstərdi ki, doğru istiqamətdəyik. Hər halda, I kateqoriyaya layiq hakim yetişibsə, demək, iş düzgün qurulmuşdu. Komitələrin birləşmsi UEFA-nın üzvləri qarşısında qoyduğu bir tövsiyədir. Məcburi addım deyil, sadəcə, tövsiyədir. İndi lazım bilindi ki, komitələr birləşdirilsin və sədr - adını da bilmirəm (Fritz Stuxliki nəzərdə tutur - red.), əcnəbi olsun.

- Qarşıdan qış toplanışı gəlir. Hər ilin yanvarında Antalyada hakimlərin 2-3 həftəlik təlim-mşq toplanışı olurdu və bunu koordinasiya eləyən qurum PFL idi. Bu dəfə necə olacaq?

- Qarşıdakı toplanışın heç bir qərarı PFL-ə aid olmayacaq.

- Deməli, qurumunuz tamamilə bu prosesdən uzaqlaşdırılıb.

- Qətiyyən maraqlanmıram və qarışmıram. Nəyi necə edəcəklərsə, etsinlər.

- Belə görünür ki, ab-hava gərgindir. PFL-in prezidenti postuna növbəti seçki 2020-ci ildə olacaq. Əslində, həm çox vaxt qalıb, həm də az. Növbəti dəfə namizədliyinizi irəli sürəcəksiz?

- Xeyr.

- Niyə?

- Futboldan yorulmuşam. Ürəyimdə 5 stent var. Sağlamlığımın qeydinə qalmaq vaxtıdır.

- Bəs PFL...

- Təkrar edirəm, PFL öz fəaliyyəti ilə böyük bir tarix yazıb və bu tarixi silmək mümkün deyil. Bu qurumun yaradılmasına təşəbbüskar şəxs AFFA prezidenti Rövnəq Abdullayevdir və o, həmişə, hətta son çıxışlarında da bu qurumun işindən razılığını bidirib. PFL yaşayacaq, kim prezident seçilsə də, fəaliyyətdə olacaq.

- Növbəti seçkiyədək postunuzdan getmək fikriniz yoxdur ki?

- Xeyr, səlahiyyətlərimi sona qədər canla-başla yerinə yetirəcəm. Bura böyük bir kollektivin iş yeridir. Vəzifəni qoyub, aradan çıxmaq işi yarımçıq qoymaq olar - mən elə insan deyiləm.

- Namizədliyinizi verməyəcəyiniz aydın odu. Bu, yalnız PFL-dəki missiyanı bitirməkdir, yoxsa ümumiyyətlə futboldan uzaqlaşacaqsınız?

- Tamamilə uzaqlaşacağam futboldan.

- Milli komanda haqda danışmaq istəyirsiniz?

- Xeyr.

Qız ölən nənəsinin sümük tozundan biskivit bişirib, like
  • 18 Okt 11:11  
Digərləri Qız ölən nənəsinin sümük tozundan biskivit bişirib,

Qız ölən nənəsinin sümüklərinin tozunu xəmirə qataraq biskivit bişiri

arrow Ətraflı
Gömrükçülər aksiz markası olmayan siqaretlər aşkar edib (FOTO) like
  • 18 Okt 11:11  
Digərləri Gömrükçülər aksiz markası olmayan siqaretlər aşkar edib (FOTO)

Gömrükçülər aksiz markası olmayan siqaretlər aşkar edib

arrow Ətraflı
Bakıda 44 yaşlı Kürdəmir sakinini qatar vurub öldürdü like
  • 18 Okt 11:09  
Digərləri Bakıda 44 yaşlı Kürdəmir sakinini qatar vurub öldürdü

Bakıda Kürdəmir rayon sakinini qatar vurub öldürüb.

arrow Ətraflı
“Survivor 2019”un ilk iştirakçısı məlum oldu like
  • 18 Okt 11:06  
Digərləri “Survivor 2019”un ilk iştirakçısı məlum oldu

"TV8" kanalında yayımlanan "Survivor" yarışmasının nö

arrow Ətraflı
Allahşükür Paşazadə Vyanada beynəlxalq tədbirdə iştirak edəcək like
  • 18 Okt 11:05  
Digərləri Allahşükür Paşazadə Vyanada beynəlxalq tədbirdə iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazad

arrow Ətraflı
İnanılmaz vəhşilik: hamilə qadının qarnını kəsərək like
  • 18 Okt 11:02  
Dünya İnanılmaz vəhşilik: hamilə qadının qarnını kəsərək

Braziliyanın cənub-şərqindəki Joao Pinheiro şəhərində, bir ağaca tikan

arrow Ətraflı
Məşhur aktrisa  yeni doğulmuş körpəsini girov qoydu like
  • 18 Okt 10:57  
Digərləri Məşhur aktrisa yeni doğulmuş körpəsini girov qoydu

"Yeşilçam"ın usta aktrisası Hülya Koçyiğitin birinci qızı Gü

arrow Ətraflı
Turizm Agentliyinin sədri: Cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlif oldu like
  • 18 Okt 10:56  
Digərləri Turizm Agentliyinin sədri: Cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlif oldu

Xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biridir

arrow Ətraflı
Türkiyə polisi Qaşıqçının Baş Konsulluqda öldürülməsinə dair yeni dəlillər tapıb  FOTO like
  • 18 Okt 10:53  
Dünya Türkiyə polisi Qaşıqçının Baş Konsulluqda öldürülməsinə dair yeni dəlillər tapıb FOTO

Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsull

arrow Ətraflı
Modriç: "Heç vaxt Messiylə birlikdə oynamaram" like
  • 18 Okt 10:50  
İdman Modriç: "Heç vaxt Messiylə birlikdə oynamaram"

Real-ın futbolçusu Luka Modriç Fransanın “France F

arrow Ətraflı
Xarici casus həbs edildi – DTX-dan əməliyyat (FOTO) like
  • 18 Okt 10:49  
Digərləri Xarici casus həbs edildi – DTX-dan əməliyyat (FOTO)

Xarici casus həbs edildi – DTX-dan əməliyyat

arrow Ətraflı
Bu milyarderin 11 qəsri və malikanəsi var  FOTO like
  • 18 Okt 10:48  
Digərləri Bu milyarderin 11 qəsri və malikanəsi var FOTO

Anders Hols Poulsen kimsənin təxminləmədiyi şəkildə Britaniyanın ən bö

arrow Ətraflı
Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb like
  • 18 Okt 10:45  
Digərləri Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb

Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb

arrow Ətraflı
Fransa portalı Nəsimi festivalından yazıb like
  • 18 Okt 10:39  
Digərləri Fransa portalı Nəsimi festivalından yazıb

Fransanın “LeTelegramme” portalında Bakıda uğurla keçirilmiş Nəsimi

arrow Ətraflı
Türkiyədə maşın sürmək çətinləşir like
  • 18 Okt 10:39  
Dünya Türkiyədə maşın sürmək çətinləşir

Türkiyədə yol hərəkəti qaydaları sərtləşdirilib.

arrow Ətraflı