Bakıda 44 yaşlı Kürdəmir sakinini qatar vurub öldürdü


Digərləri 18 Okt 2018 11:09:07 358 0

Bakıda 44 yaşlı Kürdəmir sakinini qatar vurub öldürdü

Bakıda Kürdəmir rayon sakinini qatar vurub öldürüb.

Bakı. Samir Əli - Bakıda Kürdəmir rayon sakinini qatar vurub öldürüb. Trend-in məlumatına görə, hadisə Biləcəri-Keşlə mənzilinin 2649-cu kilometrliyində baş verib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 3502 saylı yük qatarının qoşulduğu elektrovoz Kürdəmir rayon sakini, 1974-cü il təvəllüdlü Abdullayev Əlisahib Rafiq oğlunu vurub. Nəticədə Ə.Abdullayevin iki ayağının diz nayihəsi qopub.