Türkiyə polisi Qaşıqçının Baş Konsulluqda öldürülməsinə dair yeni dəlillər tapıb FOTO


Dünya 18 Okt 2018 10:53:00 273 0

Türkiyə polisi Qaşıqçının Baş Konsulluqda öldürülməsinə dair yeni dəlillər tapıb  FOTO

Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunun binasında axtarış aparan türkiyəli kriminalistlər diplomatik nümayəndəlikdən əllərində içərisi dolu torbalarla çıxıblar.

Son.az report-a istinadən xəbər verir ki, Baş Konsulluğun binasında oktyabrın 17-si saat 16.35-də başlayan axtarış oktyabrın 18-də saat 06.00-da başa çatıb.

Əməliyyat başa çatandan sonra hadisə yerindən çıxan polis əməkdaşının üzərindəki qırmızı ləklər diqqəti cəlb edib. İlk baxışda qan ləkəsi olaraq görününən izlərin kimyəvi maddələrdən əmələ gəldiyi aydınlaşıb.

Axtarış nəticəsində çoxlu sübutların əldə edildiyi məlum olub. Bundan başqa, Baş Konsulluğa aid avtomobillər də bir-bir axtarılıb. 


Xəbərə aid fotolar