Məşhur aktrisa yeni doğulmuş körpəsini girov qoydu


Digərləri 18 Okt 2018 10:57:00 280 0

Məşhur aktrisa  yeni doğulmuş körpəsini girov qoydu

"Yeşilçam"ın usta aktrisası Hülya Koçyiğitin birinci qızı Gülşah Alkoçlar doğuşdan sonra pulsuzluq üzündən bir həftə xəstəxanada girov qalıb.

Son.az publika-ya  istinadən xəbər verir ki, türk kinosunun sevilən ulduzu haqqında maraqlı bir fakt ortaya çıxıb. Aktrisa ilk övladı dünyaya gəldiyi zamanlarda maddi baxımdan böyük sıxıntı keçirdiklərini etiraf edib:

"24 aprel tarixində sancılarım başladı. Sevindim ki, aman Allahım nəhayət böyük gün gəlib çatdı. Tələsə-tələsə xəstəxanaya, sonra isə doğum otağına getdik. Həyəcanım tavan idi, körpəmiz gəlirdi və həkimin səsi ilə dəhşətə gəlirəm: "Nur topu kimi qızınız oldu". Aprelin 25-də böyük bir sıxıntı ilə üz-üzə qaldıq. Xəstəxanadan evə buraxılmadıq, çünki xərcləri qarşılayacaq qədər pulumuz yox idi.

Eləcə xəstəxanada yatmalı olduq. Təbii ki, futbolçu və aktyorun qazancı bu günlərdə kimi yüksək deyildi. Az qazanan və aylıq maaşla yaşayan ailə idik. Bir də evlənməzdən əvvəl anamdan qalan borcları da ödəməyə çalışırıdıq. İnanılmaz dərəcədə şöhrətli aktrisasan, amma maddi vəziyyətin yaxşı deyil. Selimə borcları olanlar var idi, avans gözləyirdi, amma heç birini ala bilmirdi. Bir-iki gün keçdikdən sonra hər şeyi boş verib xəstəxanada dincəlməyə başladım.


Xəbərə aid fotolar