Turizm Agentliyinin sədri: Cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlif oldu


Digərləri 18 Okt 2018 10:56:13 210 0

Turizm Agentliyinin sədri: Cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlif oldu

Xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biridir

Bakı. İlhamə İsabalayeva - Azərbaycan həmişə qonaqpərvər və tolerant olub. Buna baxmayaraq, cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlifdir. Buna görə də bütün vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq. Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.