Modriç: "Heç vaxt Messiylə birlikdə oynamaram"


İdman 18 Okt 2018 10:50:00 244 0

Modriç: "Heç vaxt Messiylə birlikdə oynamaram"

Real-ın futbolçusu Luka Modriç Fransanın “France Football” jurnalına açıqlama verib.

Goal.az xəbər verir ki, xorvat futbolçu heç vaxt Lionel Messi ilə birlikdə oynamayacağını deyib:

“Messi tarixin ən yaxşı futbolçularındandır, ona qarşı dəfələrlə oynamışam. Ancaq heç vaxt onunla birgə oynamaram. Kriştiano Ronaldo ilə Madriddə 6 il bir yerdə olduq. Çox yaxşı dostluğumuz var və bir-birimizə hörmət edirik. O, indi Madriddə deyil, ancaq onunla mesajlaşıram".