Türkiyədə maşın sürmək çətinləşir


Dünya 18 Okt 2018 10:39:00 274 0

Türkiyədə maşın sürmək çətinləşir

Türkiyədə yol hərəkəti qaydaları sərtləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Resmi Gazete"də dərc olunan qərarda deyilir.

Ötən gün ölkə parlamenti yol hərəkəti qaydalarının sərtləşdirilməsini nəzərdə tutan qaydaları təsdiq edib.

Yeni qaydalara əsasən, işıqforun qızmızı işığında yolu keçən sürücü bu əməli birinci dəfə törətdikdə 30 gün, ikinci qanun pozuntusuna görə 45 gün, üçüncu dəfə təkrar edərsə, 60 gün sürücülük hüququndan məhrum ediləcək.

Eyni zamanda, sürət həddi müəyyən olunmuş yollarda sürət həddini 10-30 km/saat aşmaya görə 235, 30-50 km/s - 488, 50 km/s-dən yuxarı isə 1002 lirə cərimə tətbiq olunacaq.