Dünyanın məşhur brendinin reklamında Azərbaycan mahnısı oxuyan kimdir? VİDEO FOTO


Digərləri 18 Okt 2018 10:30:00 256 0

Dünyanın məşhur brendinin reklamında Azərbaycan mahnısı oxuyan kimdir?  VİDEO  FOTO

Dünyanın məşhur brendi "Fendi"nin yeni lentə alınan reklam çarxında Azərbaycan dilində səslənən mahnıdan istifadə edilib.

Son.az axşam.az-a istinadən bildirir ki, ekran işində "Bir gün mənə rəhmin gələcək" sözləri deyilir. Sözügedən görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Hətta "Fendi"nin 10 milyon izləyicisi olan İnstaqram-ında yayımlanan videoya yüzlərlə Azərbaycanlı şərh yazıb.

Hər kəs mahnını səsləndirən şəxsin kim olduğu ilə bağlı suallar ünvanlayıb. Müğənni-bəstəkar Murad Arif isə öz İnstaqram-ında mahnını səsləndirən xanımın Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva olduğunu yazıb. "Fendi"nin yayımladığı reklam çarxının altından da bir çox insan N.Abdullayevanı işarələyib.

Mahnının bütöv versiyası "Youtube"da da var. N.Abdullayeva mahnını muğam stilində oxuyur.