Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb (FOTO)


Digərləri 18 Okt 2018 10:24:00 186 0

Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb (FOTO)

İnsan kapitalının inkişaf etdirilməsi sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycandakı Ölkə Ofisinin rəhbəri Navid Həsən Naqvi ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, qarşıda duran planlar və strateji prioritetlər, habelə nazirliyin tabeliyində yeni “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Nazir ötən dövrdə əmək, məşğulluq, sosial müdafiə sahəsində Dünya Bankı ilə nazirlik arasında konkret fəaliyyət istiqamətləri üzrə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını deyib. O həmçinin Dünya Bankının “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya Layihəsi”nin əhəmiyyətini diqqətə çatdırıb. S.Babayev bu layihənin inklüziv iş yerlərinin yaradılması üçün imkan və çağırışların müəyyən olunmasına, iş yerləri ilə bağlı strategiyanın yaradılmasına dəstək olduğunu bildirib, eləcə də yeni Məşğulluq Strategiyasının hazırlanmasında göstərilən dəstəyi qeyd edib. Nazir birgə işlərin müvafiq sahələrdə aparılan islahatlara uyğun yeni vacib istiqamətlər üzrə davam etdirilməsi və genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.